Xavi: Qvardiola üçün çox darıxırıq
30.12.2013 - 05:45
Xavi: Qvardiola üçün çox darıxırıq
“Barselona”nın ulduz futbolçusu Xavi Hernandes sabiq baş məşqçiləri Xosep Qvardiola ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 33 yaşlı yarımmüdafiəçi Qvardiola üçün çox darıxdıqlarını deyib:

“Qvardiola “Barselpna”da çox böyük işlər gördü. Onun kimi baş məşqi ilə çalışdığım üçün fəxr edirəm. Onunla 4 il boyunca saysız-hesabsız kuboklar qazandıq. Əla dönəm yaşadıq. 1 illik fasilədən sonra “Bavariya”ya keçdi və indi orada əla işlər görür. Əlbəttə ki, onun üçün çox darıxırıq. Ondan sonra Vilanova ilə çalışdı. İndi də Martino komandamıza rəhbərlik edir. Əlbəttə ki, məşqçilərimizin hamısı dəyərlidir, amma Qvardiolanın yeri başqadır. Onunla yenidən tarix yazdıq”.

Qeyd edək ki, Qvardiola 2008-2012-ci illərdə Kataloniya klubunun baş məşqçisi olub.