Branislav İvanoviç ölkəsində ilin ən yaxşısı seçildi
30.12.2013 - 06:47
Branislav İvanoviç ölkəsində ilin ən yaxşısı seçildi
Serbiyada ilin ən yaxşı futbolçusunun adına aydınlıq gətirilib. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, bu mükafata “Çelsi”nin təcrübəli müdafiəçisi Branislav İvanoviç layiq görülüb.

Belə ki, İvanoviç bununla ikinci dəfədir ki ölkəsində ilin futbolçusu seçilir. O, ötən il də bu mükafatı əldə etmişdi.

Qeyd edək ki, Serbiya millisinin də üzvü olan 29 yaşlı futbolçu 2008-ci ildən London klubunda çıxış edir.