“Neftçi”nin üçüncü rəqibi - “Fənərbaxça”!
30.12.2013 - 09:11
“Neftçi”nin üçüncü rəqibi  - “Fənərbaxça”!
“Neftçi” klubunun qış hazırlıq çərçivəsində keçirəcəyi daha bir yoxlama oyunundakı rəqibi müəyyənləşib. Klubdan apasport.az saytına verilən xəbərə görə, “ağ-qaralar” Türkiyə toplanışı çərçivəsində “Fənərbaxça” ilə qarşılaşacaq.

“Neftçi” İstanbul nəhəngi ilə “Mardan” stadionunda üz-üzə gələcək. Oyun yanvarın 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu matç “Fənərbaxça” üçün Antalya toplanışında sonuncu olacaq. Matçdan sonra komanda İstanbula qayıdacaq.

Qeyd edək ki, “Neftçi” Antalyada Qazaxıstanın “Aktobe” və Albaniyanın “ Partizani” klubları ilə də görüşəcək.