“Xəzər Lənkəran” gətirir, “Neftçi” gedir
30.12.2013 - 09:50
Türkiyənin “Fənərbaxça” klubu ikinci dəfə yoxlama oyununda Azərbaycan təmsilçisi ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, 2014-cü il yanvarın 17-də Antalyada “Neftçi” ilə qarşılaşacaq İstanbul təmsilçisi bu il “Xəzər Lənkəran”la da görüşmüşdü.
Lakin bakılılardan fərqli, Lənkəran təmsilçisi adlı-sanlı rəqiblə görüşmək üçün qonşu ölkəyə getməmiş, “Fənər”ı Xəzər sahilinə gətirmişdi. İyulun 21-də baş tutan görüşdə istanbullular Mixal Kadlets, Pyer Vebo, Mehmet Topuz və Raul Meyreleşin qolları ilə 4:0 hesablı qələbə qazanmışdı.
Ümumiyyətlə, bizim klublar “Fənərbaxça” ilə matçlarda qola həsrətdir. 1994/95 mövsümündə UEFA kubokunda debüt edən “Turan” rəsmi matçlarda İstanbul təmsilçisinə uduzmuşdu. Həmin oyunlarda türkiyəlilər 5:0 və 2:0 hesabı ilə qalib gəlmişdilər. Bir sözlə, “Fənərbaxça” təmsilçilərimizlə matçlarda ümumilikdə 11:0 hesabı ilə öndədir.

0
0