“Qəbələ” Ukrayna çempionatından yenə futbolçu alır
30.12.2013 - 09:55
“Qəbələ” Ukrayna çempionatından yenə futbolçu alır
Kiyev “Dinamo”sunun futbolçusu Aleksandr Əliyevin “Qəbələ”yə gəlmək ehtimalının qabardılmasına komandanın baş məşqçisi Yuri Syomin də reaksiya verib. Apasport.az saytının məlumatına görə, rusiyalı çalışdırıcı sabiq yetirməsinin ölkəmizə gələcəyini təkzib edib.

Ən maraqlısı isə odur ki, Syomin Rusiya mətbuatına verdiyi açıqlamasında qışda komandaya yeni futbolçuların gələcəyindən danışıb. Təcrübəli mütəxəssis qışda “Qəbələ”nin Ukrayna çempionatında çıxış edən futbolçularla güclənəcəyini istisna etməyib.

Qeyd edək ki, “Qəbələ” yay “transfer pəncərəsi” zamanı Ukraynanın “Volın” klubundan Daniyel Subotiç, Donetsk “Metallurq”undan isə Leonardo ilə Lorentso Ebesilionu heyətə qatıb və bunun bəhrəsini görməkdədir.