“Atletiko” birinci, millimizin üzvünün komandası ikinci oldu
30.12.2013 - 10:06
“Atletiko” birinci, millimizin üzvünün komandası ikinci oldu
İspaniyada ilin ən yaxşı komandasının adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Bakı” klubunun rəsmi tərəfdaşı olan Madrid “Atletiko”su ölkəsinin bütün komandalarını arxada qoyub.

Primerada “Barselona” və “Real”la başabaş mübarizə apararaq, onların hegemonluğuna son qoymağa çalışan Dieqo Simeonenin baş məşqçisi olduğu komanda 50 mindən artıq azarkeşin qatıldığı sorğuda səslərin 29,9 faizini toplayıb.

“Real”ın basketbol komandası isə 2-ci olub. Azərbaycan millisinin üzvü Ceysi Kerrollun oynadığı paytaxt təmsilçisi 17,5 faiz səs qazanıb.

Qadın vaterbolçulardan ibarət İspaniya yığması ilə kişi həndbolçuların millisi isə 13 faiz səslə 3-cü olublar.