Yuri Syomin: Çox məyusam, bağışlayın
30.12.2013 - 10:10
“İlya böyük futbolçu idi. Onu vaxtında buraxsaydılar, daha böyük uğurlara imza ata bilərdi”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin deyib.
Tanınmış rusiyalı mütəxəssis dünən 45 yaşında ürək tutmasından dünyasını dəyişən Moskva “Spartak”ının sabiq üzvü İlya Tsımbalar haqda xatirələrini bölüşüb: “Tsımbaların Almaniya və İtaliyanın ciddi klublardan təklifi vardı. O, həmin komandalarda uzun illər yüksək səviyyədə çıxış edə bilərdi. Böyük itkidir. Çox məyusam, daha danışa bilməyəcəyəm, bağışlayın”.
Qeyd edək ki, İlya Tsımbalar Ukraynanın Odessa şəhərində doğulsa da, SSRİ dağıldıqdan sonra Rusiya millisində oynamağı üstün tutub. O, yığmada və “Lokomotiv”də Yuri Syominin rəhbərliyi altında da çıxış edib.

0
0