“Qəbələ” legionerini Türkiyə toplanışına aparmır
30.12.2013 - 10:19
“Qəbələ” legionerini Türkiyə toplanışına aparmır
“Qəbələ”nin qapıçısı Dieqo komandasının Türkiyə toplanışında iştirak edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, buna səbəb braziliyalı futbolçunun ciddi zədəsinin olmasıdır.

Belə ki, “Qarabağ”a 3:4 hesabı ilə yenildikləri matçdan sonra əsas heyətdəki yerini polşalı David Petrzkeviçə uduzan 34 yaşlı təcrübəli qolkiper məşqlərdən birində dizindən zədə alıb. Bu üzdən o, “Neftçi” və “Bakı” ilə matçlarda ehtiyatdakı yerini də 22 yaşlı Cavidan Hüseynzadəyə verməli olub. Hazırda futbolçu ölkəsi Braziliyada bərpa prosesi keçir. Onun yalnız yanvarın sonlarına qaydasına düşəcəyi gözlənilir.

Qeyd edək ki, məhz bu üzdən “Qəbələ” müqaviləsi yaya kimi olsa da, Dieqo ilə yolları ayırmaq istəyir. Ancaq klub rəhbərliyi onun yerinə millimizin qapıçısı Səlahət Ağayevi transfer etmək istəsə də, “İnter” tərəfi futbolçusunu satmaq istəməyib.