“Fənərbaxça” “Neftçi” ilə qarşılaşacağını təsdiqlədi
30.12.2013 - 10:37
Türkiyənin “Fənərbaxça” klubu “Neftçi” ilə qarşılaşacağını təsdiqləyib. Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin rəsmi saytında bununla bağlı məlumat yerləşdirilib.
Qeyd edək ki, “Neftçi” “Fənərbaxça” ilə Türkiyənin Antalya şəhərindəki “Mardan” stadionunda üz-üzə gələcək. Oyun yanvarın 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu matç İstanbul nəhəngi üçün Antalya toplanışında sonuncu olacaq. Matçdan sonra komanda İstanbula qayıdacaq.
“Neftçi” Antalyada Qazaxıstanın “Aktobe” və Albaniyanın “ Partizani” klubları ilə də görüşəcək.

0
0