Türkiyədəki ən yaxşımız - FOTO
30.12.2013 - 10:55
Azərbaycan yığmasının sabiq futbolçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Orduspor” 2013-cü ili başa vurub. Apasport.az saytının məlumatına görə, milliləşən serbiyalı Türkiyə çempionatının 1-ci liqasında qış fasiləsinə 3-cü pillədə yollanan Ordu təmsilçisinin aparıcı üzvlərindən biridir.
Branimir I dövrənin 18 oyununda 15-də iştirak edib. 1 dəfə meydana sonradan daxil olan, 6 dəfə isə start heyətində yer alsa da, matçın gedişində əvəzlənən hücumçu 8 qarşılaşmada 90 dəqiqə oynayıb. 1157 dəqiqə oynayan Subaşiç 3 qol vurub, 1 məhsuldar ötürmə verib və 3 sarı vərəqə ilə cəzalanıb.
Türkiyə kubokunda keçirdiyi hər 2 matçda meydana sonradan çıxan hücumçu 47 dəqiqə ərzində heç nə ilə yadda qalmayıb. Ümumilikdə isə legioner kimi qonşu ölkədə 17 qarşılaşmaya çıxan serbiyalı orada çıxış edən 7 Azərbaycan təmsilçisi arasında hamıdan yaxşı olub.

0
0