“Rəvan” seçimini etdi
30.12.2013 - 11:18
“Rəvan” seçimini etdi
"Rəvan”ın qış fasiləsi üçün hazırlıq planı təsdiqlənib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “aslanlar” yanvarın 5-də toplaşaq. Hazırlığın ilk mərhələsi 5-12 yanvarda, "Dalğa Arena”da olacaq.

Təlim-məşq toplanışın ikinci mərhələsi isə yanvarın 14-dən 26-na qədər Türkiyənin Antalya şəhərində reallaşacaq. Artıq komandanın qardaş ölkədə məskunlaşacağı məkan da müəyyənləşib. Belə ki, "Rəvan” 5 ulduzlu "Rixos Lares Hotel”də qalacaq.

“Rəvan” Türkiyədə 4 yoxlama görüşü keçirməyi planlaşdırılır. Amma rəqiblər dəqiqləşməyib.