At ilinin dünya çempionları - STATİSTİKA
30.12.2013 - 13:06
At ilinin dünya çempionları - STATİSTİKA
Qarşıdan gələn 2014-cü ili təcəssüm etdirən at dünya futbolu üçün əhəmiyyətli qüvvəyə malikdir. Apasport.az saytının məlumatına görə, planetin ən nüfuzlu idman yarışı olan dünya çempionatlarının tarixi məhz at ilində qoyulub.

FİFA-nın 84 il əvvəl ilk dəfə təşkil etdiyi mundial 6 dəfə at ilində baş tutub. Gələn il 7-ci dəfə bu heyvanla üst-üstə düşəcək dünya çempionatlarının final mərhələlərində 2 dəfə almanlar sevinib. Bundestim indi də İspaniyanı taxtdan salmağa ən real namizədlərdən sayılır.





At ilində dünya çempionatları
1930. Uruqvay
1942. keçirilməyib
1954. AFR
1966. İngiltərə
1978. Argentina
1990. Almaniya
2002. Braziliya
2014. ??

Qeyd edək ki Azərbaycan təmsilçilərinin dünya çempionatlarındakı uğurları da atla bağlıdır. 1966-cı ildə “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevski SSRİ yığmasının, hazırda adı respublika stadionuna verilən Tofiq Bəhramov isə hakim kimi mundiala qatılmışdı. Həmin at ili onlar üçün uğurlu olmuşdu. SSRİ yığmazı yarımfinala çıxmışdı. Ədalət təmsilçimiz isə İngiltərə ilə AFR arasında finalda yan xətt hakimi olmaqla indiyədək müzakirə olunan qərarı ilə məşhurlaşmışdı.