“Qəbələ” “Arsenal”da çıxış etmiş başqa futbolçunu da almaq istəyirmiş - FOTO
30.12.2013 - 13:11
“Rafael Santos Yuri Syominin şəxsən tanıdığı futbolçulardan biridir. O, Kiyev “Dinamo”sunda çalışdığı vaxtlar Rafaelin “Arsenal”dakı oyununu bəyənibmiş”. Bunu apasport.az saytına “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.
2012/13 və cari mövsümün ilk 3 ayını (çıxış etdiyi Kiyev “Arsenal”ı oktyabrın 29-da borc üzündən dağılıb – S.T.) Ukrayna Premyer Liqasında çıxış edən 29 yaşlı mərkəz müdafiəçisi “Qəbələ” ilə 2 illik müqavilə bağlayacaq. Yuri Syomin Rusiya mətbuatına verdiyi açıqlamasında Ukrayna çempionatından tanıdığı futbolçuları “Qəbələ”yə gətirəcəyini istisna etməmişdi. Artıq Rafael bu baxımdan bir ilkdir.
Ancaq sən demə, “Qəbələ”yə “Arsenal”da çıxış etmiş başqa futbolçu da qoşula bilərmiş: “Yuri Pavloviç “Arsenal”da çıxış etmiş 2 futbolçudan birinin transferini istəmişdi. Biri Rafael Santos idisə, digəri nigeriyalı mərkəz müdafiəçisi Maykl Odibe idi. Syomin Odibeni də “Arsenal” və “Dnepr”dəki çıxışlarından tanıyırdı. Ancaq biz braziliyalını transfer etməyi daha məqsədəuyğun saydıq”.
Qeyd edək ki, 25 yaşlı Maykl Odibe Ukrayna komandalarından başqa, Nigeriyanın “Först Bank”, Belçikanın “Yunion”, İtaliyanın “Siena” və “Züdtirol” klublarında çıxış edib. O, 2 il əvvəl Nigeriya millisində də oynayıb.
Səbuhi TOFİQOĞLU

0
0