Bolqarıstan millisinin futbolçusu hansı klubumuza gəlir?
30.12.2013 - 14:30
Bolqarıstan millisinin futbolçusu Svetan Genkov karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Bolqarıstan mətbuatı 29 yaşlı hücumçunun adı açıqlanmayan klubumuzla ilkin razılığa gəldiyini iddia edir.
Həmkarlarımıza inansaq tərəflər yaxın günlərdə müqavilə imzalayacaq. Həmin klubun “İnter” olacağı ehtimal edilir. Prezidenti bolqarıstanlı Georgi Nikolov olması, üstəlik bakılıların hücumçu axtarışına çıxması belə deməyə əsas verir.
Qeyd edək ki, 2005-ci ildən Bolqarıstan yığmasına cəlb olunan Genkov burada 18 oyun keçirib. 2007-10-cu illərdə Moskva “Dinamo”sunda çıxış edən forvard Polşa “Visla”sında da çıxış edib. Hazırda vətənində “Levski”nin şərəfini qoruyan Svetan Bolqarıstanda Mezdna və Sofiya “Lokomotiv”ində də çıxış edib.

0
0