Ağ-qara at
30.12.2013 - 14:31
At ili Azərbaycan çempionatları tarixinə ağ-qara hərflərlə yazılıb. Apasport.az saytının məlumatına görə, 2014-cü ili təcəssüm etdirən heyvan futbolumuz üçün həm uğurlu, həm də uğursuz sayılır.
Məsələ ondadır ki, SSRİ dönəminin ən uğurlu ilində üzümüzə gülən at müstəqillik zamanı “şıllaq” atması ilə diqqət çəkib.
Bu üzdən də 2014-cü ildə müəyyənləşəcək çempion atın ilk çempionu olacaq. Çünki 2002-ci ildə müəyyənləşməli olan güclü bəlli olmayıb. Belə ki, 2001/02 mövsümü yarımçıq dayandırılıb. Həmin ilin aprelində Fuad Musayevin prezidentin olduğu AFFA-ya qarşı çıxan klublar çempionatı boykot ediblər.
Qiyamçılar müstəqil şəkildə yarışı davam etdirsələr də, alternativ çempionatı heç kim tanımayıb. Nəticədə UEFA Azərbaycan klublarını avrokuboklara da buraxmayıb. Bu hadisə 1992-ci ildən müstəqil addımlarını atan futbolumuzun ən böyük uğursuzluğudur.
1966-cı ilin bürüncü isə Azərbaycan futbolunun SSRİ-nin tərkibindəki ən böyük nailiyyətidir. İttifaq birinciliklərində qazandığı yeganə mükafat bürünc olan “Neftçi” həmin vaxt avrokuboklaar çıxa bilməsə də, özü üçün ən yüksək nəticəni qazandı.

0
0