“Fənərbaxça” – “Neftçi” matçı canlı yayımlanacaq
30.12.2013 - 14:42
“Neftçi”nin qış hazırlıq çərçivəsində Türkiyənin “Fənərbaxça” klubu ilə keçirəcəyi yoxlama oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, yanvarın 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq görüş “Kanal D” vasitəsi ilə azarkeşlərə təqdim olunacaq.
Hazırda bu yöndə danışıq gedir. “Kanal D” ilə razılıq əldə olunmasa belə, matç başqa bir telekanalla yayımlanacaq.
Qeyd edək ki, oyun Antalya şəhərində yerləşən “Mardan” stadionunda baş tutacaq.
Hazırda bu yöndə danışıq gedir. “Kanal D” ilə razılıq əldə olunmasa belə, matç başqa bir telekanalla yayımlanacaq.
Qeyd edək ki, oyun Antalya şəhərində yerləşən “Mardan” stadionunda baş tutacaq.
0
0