İlin bombardiri: Baçana Sxadadze - STATİSTİKA
30.12.2013 - 16:13
“İnter”in 2013-cü ildə bombardirinin adı açıqlanıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “bankirlər” tarixin yaddaşına köçməkdə olan ildə 39 rəsmi oyuna çıxıb və rəqib qapısından 60 top keçirib.
Bu qarşılaşmalarda komandanın heyətində 18 futbolçu fərqlənib. 2013-cü ildə “İnter”in heyətində fərqlənən ən gənc futbolçu Fuad Bayramov, ən yaşlısı Aleksandr İaşvili olub.
“İnter”in ən yaxşı bombardiri isə Baçana Sxadadze olub. Gürcüstanlı legionerin aktivində 11 qol var. O, 7 dəfə ölkə çempionatında, 2 dəfə Azərbaycan Kuboku oyunlarında və eyni sayda da Avropa Liqası matçlarında fərqlənib. Sxadadze ən çox “Rəvan” komandasının qapısından top keçirib.
Məhsuldarlığa görə ikinci yeri “İnter”in kapitanı Vaqif Cavadov tutur. Forvard komandanın heyətində 23 matç keçirib və 10 dəfə fərqlənmək imkanı tapıb. 2013-cü ildə Asif Məmmədov 8 qola imza atıb.

| № | Futbolçu | Qollar | Qol vurduğu koamnda |
| 1 | Baçana Sxadadze | 11 | Rəvan (4), Bakı (3), Xəzər Lənkəran, Mariehamn, Tromse, AZAL (hamısı 1) |
| 2 | Vaqif Cavadov | 10 | Neftçi (3), Sumqayıt (2), Mariehamn, Qarabağ, Qəbələ, Rəvan, Bakı (hamısı 1) |
| 3 | Asif Məmmədov | 8 | Şuşa (2), Хəzər Lənkəran, Bakı, Qəbələ, Mariehamn, Rəvan, AZAL (hamısı 1) |
| 4 | Yuri Fomenko | 5 | Simurq (2), Qəbələ, Bakı, Qarabağ (hamısı 1) |
| 5 | Aleksandr İaşvili | 4 | Şuşa (2), Bakı, Neftçi (hər ikisi 1) |
| 6 | Matiya Şpiçiç | 3 | Bakı, Хəzər Lənkəran, Şuşa (hər üçü 1) |
| 7 | Samir Zərgərov | 2 | Хəzər Lənkəran, Qəbələ (hər ikisi 1) |
| 8 | Daniel Genov | 2 | Simurq (2) |
| 9 | Ramil Mansurov | 2 | Simurq, Qəbələ (hər ikisi 1) |
| 10 | Brüs Abdulaye | 2 | Rəvan (2) |
| 11 | Ruslan Əmircanov | 2 | AZAL, Şuşa (hər ikisi 1) |
| 12 | Abdulla Abatsiyev | 2 | Şuşa, Sumqayıt (hər ikisi 1) |
| 13 | İlia Kandelaki | 1 | Bakı |
| 14 | Fuad Bayramov | 1 | Qarabağ |
| 15 | Arif Daşdəmirov | 1 | Qəbələ |
| 16 | Leo Roşa | 1 | Bakı |
| 17 | Slavço Georgiyevski | 1 | Qəbələ |
| 18 | İlqar Ələkbərov | 1 | Simurq |
| 19 | Adil İbrahimov | 1 | Sumqayıt (avtoqol) |
0
0