Popoviç: AZAL gündə bir söz deyirdi
30.12.2013 - 16:45
“Ötən mövsüm “Simurq”dan ayrıldıqdan sonra Azərbaycandan təklif almışdım. Yalnız AZAL-a keçmək variantım vardı”. Bunu apasport.az saytına “Simurq”un sabiq hücumçusu Zdravko Popoviç deyib.
30 yaşlı hücumçu “Simurq”dan ayrıldıqdan sonra hazırda Yunanıstanın sayca 3-cü dəstəsi olan AEK-də forma geyinir. Halbuki, onun sözlərinə görə, xorvatiyalı futbolçu karyerasını ölkəmizdə davam etdirə bilərmiş.
Popoviç hazırda Premyer Liqamızda olmamağının səbəbini belə açıqlayıb: “AZAL mənimlə əlaqə saxlamamışdı. Onlar menecerlərimlə danışmışdılar. Təəssüf ki, keçidimdə vasitəçi olan azərbaycanlı menecerin adını xatırlamıram. Hər halda, keçidim baş tutmadı. Çünki onlar əvvəl 100, daha sonra 90, sonra 80 min dollar pul verəcəklərini bildirdilər. Gündə bir söz deyirdilər. Bu rəqəm daha sonra 60 minə endirildi. Belədə ortaq məxrəcə gələ bilmədik”.
Yayda “Simurq”un digər sabiq futbolçusu Mario Bojiç də AZAL-a maliyyə məsələsində anlaşa bilmədiyi üçün keçə bilməmişdi. Popoviç bundan xəbərdar olduğunu bildirdi: “Mario yaxın dostumdur. Onunla da AZAL-ın maraqlandığını bilirdim. İstəyirdik ki, bir yerdə oynayaq. Ancaq qismət deyilmiş”.
Qeyd edək ki, yayda AZAL-ın büdcəsi 1,5 milyon dollara endirildiyindən, transfer etdiyi futbolçuları cüzi məbləğə heyətinə qatıb.

0
0