“Azərbaycanlı jurnalistləri təbrik etmək istəyirəm”
30.12.2013 - 18:25
“Yeni ili Moskvada keçirəcəyəm. Çoxdandır, evə getmirəm Ailəmin yanında olmaq istəyirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.
Klubun məşqçilər heyəti “Qəbələ”nin qəzetinə verdiyi açıqlamalarında bayramı necə harda və necə keçirəcəklərini bildirib və yeni il arzularını çatdırıb. Təcrübəli mütəxəssis bayram münasibətilə jurnalistləri də təbrik etməyi unutmayıb: “Əlbəttə ki, 2013-cü ili aktivimə yazmaq olar. İl gərgin işlə yadda qaldı. Çoxlu gərgin, maraqlı oyunlarımız oldu. Futbolçularımızı, rəhbərliyi, azarkeşləri, jurnalistləri təbrik etmək istəyirəm. Mən özümə, komandama, azarkeşlərə ilk növbədə onu arzu edirəm ki, həmişə yaxşı əhval-ruhiyyədə olsunlar. Bu, futbolda, adətən, qələbə qazananda olur”.
Rusiyalı çalışdırıcının oğlu Andrey Syomin yeni ili Bakıda qarşılayacağını bildirib: “Moskvaya gedib geri dönəcəyəm. Yeni ili Bakıda qarşılayacağam. Heç vaxt yeni ildə paytaxtınızda olmamışam. Bu mənim üçün maraqlıdır. Dost-tanışlarımla bir yerdə olacağam. İl mənim üçün uğurlu keçib. Azərbaycanda, “Qəbələ”də çalışmağım karyeramda irəliyə doğru addım oldu. İstənilən yeni iş təcrübə toplamaq baxımından faydalıdır. Mən hamını yeni il münasibətilə təbrik edir, can sağlığı, ailə səadəti arzulayıram. Azarkeşlərimizə səslənirəm: futbola gəlin, biz də sizləri yaxşı oyunla, qələbələrlə sevindirməyə çalışacağıq. Növbəti il komandamızdan uğur gözləyirəm”.
Yuri Baturenko hamıya can sağlığı, “Qəbələ”nin məşqçilər heyətinə isə yaxşı nəticə arzulayıb: “Yeni ili, adətən, Ukraynada qeyd etsəm də, bu dəfə Moskvada evdə, ailəmlə birgə olacağam. Azərbaycanda bayramı böyük məmnuniyyətlə keçirərdim. Ancaq mütləq ailəmlə birgə. Hamını bura gətirə bilmədiyimdən, özüm onların yanına gedəcəyəm. Yəqin ki, bu ili özüm üçün yaxşı saya bilərəm. Hər şey işimizdən asılıdır. Bu il yaxşı işlədik. İrəliyə boylanıb konkret bir şey demək istəmirəm. Sadəcə, hamıya yeni ildə can sağlığı, uğurlar, xoşbəxtlik, daha çox sevincli günlər arzulayıram. Özümüzə isə yaxşı nəticə”.
Hələ Ramiz Məmmədovun vaxtından əsas komandada məşqçi işləyən Sənan Qurbanov isə arzusunun “Qəbələ”nin avrokuboklara çıxması olduğunu söyləyib: “Mən yeni ili təntənəli keçirmirəm. Mənə görə, bu, bir ilin digəri ilə əvəzlənməsidir. Yəqin ki, ailəmlə birgə olaram. Əlbəttə, bu ili həm mənim, həm də komandamın aktivinə yazmaq olar. Mənə elə gəlir ki, iri addımlarla irəliləyirik. Hər bir şey bizim üçün yaxşı oldu. Yeni ildə əsas arzumuz avrokuboklara çıxmaqdır. 2014-cü ildə “Qəbələ” mükafatçılar sırasına çıxsa, məşqçi kimi mənim də özünəinamım artar”.

0
0