Ebesilio Londona, Mendi Dominikana, Levin isə Dubaya gedir
30.12.2013 - 18:55
“Yeni ili evdə, kiçik şəhər olan Sanokda keçirəcəyəm. Ana olmağa hazırlaşan həyat yoldaşımın yanında olmalıyam. Uzun müddətdir, ondan ayrıyam”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin polşalı qapıçısı David Petrzkeviç deyib.
“Qəbələ”nin futbolçuları da məşqçilərinin ardından yeni il təbriklərini çatdırıb. Hazırda komandanın əsas qolkiperi olan Petrzkeviç bayramı doğulduğu şəhərdə keçirəcəyini bildirib: “2013-cü il mənim üçün düşərli oldu. Toyumu etdim, övladımın dünyaya gələcəyi xəbərini aldım. Şəxsi həyatımla yanaşı, karyeramda da irəliyə doğru addım atdım. “Simurq”dan keçdiyim “Qəbələ” fasiləyə liderlərdən biri kimi yollandı. 2014-cü ildən ilk növbədə övladımın sağlam dünyaya gəlməsini gözləyirəm. Mənim üçün fərqi yoxdur, oğlan, yaxud qız olacaq. Amma, oğlum olsa, onun da futbol oynamasını istərdim. Komandama çempionatda ən yüksək yerlərdən birini tutub, Avropaya çıxmağı arzulayıram”.
“Qəbələ”nin kapitanı Vladimir Levin BƏƏ-nin Dubay şəhərinə gedəcəyini söyləyib: “Həyat yoldaşımla bir neçə günlük Dubaya gedəcəyik. Bunu xanımım istədi, orada olmayıb. Mən isə milli ilə Dubayda bir neçə dəfə olmuşam. Sözsüz ki, ora xoşuma gəlir, super şəhərdir. Dubayda qışda da istidir, yaxşı isinmək olar. Ancaq yeni ili mütləq evdə - Ukraynada keçirəcəyik. 2013 mənim üçün dəyişiklik ili oldu. 9 il oynadığım “İnter”dən “Qəbələ”yə keçdim. Keçmiş komandamla mükafatçı oldum, indiki klubumla da liderlər sırasındayıq. Fikrimcə, bu il mənə düşərli olub. Komandamızın üzvlərinə, azarkeşlərə, yaxınlarıma, ilk növbədə, can sağlığı arzulayıram. Tərəfdarlarımıza səbr diləyirəm, çünki bizi çox qızğın mübarizə gözləyir. Bir də hamıya şəxsi həyatında uğurlar arzulayıram”.
“Xəzər Lənkəran”a qayıdacağı gözlənilən Elnur Allahverdiyev isə qısa danışıb: “Mən həmişə öz vətənimdə istirahət etməyə, bayramları burda keçirməyə üstünlük verirəm. Bu il mənim üçün əla oldu. Həm klubda, həm də millidə oyunum yaxşı alındı. İnşallah, gələn il bundan da uğurlu olar”.
U-21 millimizin üzvü Ürfan Abbasov da xaricə getmək niyyətində olmadığını qeyd edib: “Əlbəttə, yeni ili Bakıda ailəm, dostlarım, yaxınlarımla birgə keçirəcəyəm. Xaricə getmək fikrim yoxdur. Bu ilin sonuna yaxın aldığım zədəni saymasaq, pis olmadı. Deməzdim ki, yüksək səviyyədə çıxış etdim, normal oynadım. Gələn ildən ancaq yaxşı nəticə gözləyirəm. Özümə isə zədəsiz mövsüm, yaxşı oyun, çempionatda uğurlar arzulayıram”.
Polşanın “Poqon” klubuna keçidi növbəti dəfə baş tutmayan Nizami Hacıyev Rusiyanın paytaxtına gedəcəyini söyləyib: “Əvvəlcə Moskvaya - yaxınlarımın, ailə üzvlərimin yanına yollanacağam. Plan belədir ki, onları götürüb ya Milana, ya da Dubaya gedək. Milan arzuladığım şəhər deyil. Sadəcə, orda istirahət etmək istərdim. Son 7 ildə yeni ili xaricdə qarşılamışam. Bu, artıq ənənə kimidir. Onsuz da həyatımın çox hissəsini Vətəndə keçirirəm. İstirahətdən səmərəli istifadə etmək istərdim. 2013-cü il mənim üçün həddən artıq uğursuz keçdi. Bildiyiniz kimi, qardaşım dünyasını dəyişdi, böyük ağrılarım oldu. Bu il Nizami Hacıyev, demək olar, heç nə ilə yadda qalmadı. Özümdən istəmirəm, tələb edirəm - yüksək formanı bərpa edim, komandaya tam faydalı olum. “Qəbələ”nin bütün üzvlərinə uğurlar arzu edirəm”.
Dodo vətəni Braziliyada yeni ili qarşılayacaq: “Həmişə arzu edirdim ki, ailəm, həyat yoldaşım, övladım olsun. Artıq ailəm var, ilk övladımızın yolunu gözləyirik. Yeni ili Braziliyada qarşılayacağıq. Bu il mənim üçün o mənada uğurlu oldu ki, mövqeyimi dəyişdim. Artıq cinah yox, mərkəz yarımmüdafəçisi kimi çıxış edirəm və oyunum daha yaxşı alınır. İndiki mövqeyimdə özümü çox rahat hiss edirəm. İstəyirəm ki, 2014-cü ildə “Qəbələ” irəli getsin, qələbələrimiz daha çox olsun. Şəxsi həyatımda da uğurlar, sağlam övladımın dünyaya gəlməyini gözləyirəm”.
Hollandiyalı Lorentso Ebesilio Londona gedəcək: “Mən fasilələrdən istifadə edib, vaxtaşırı Vətənə gedirəm. Bu dəfə isə yeni ili bəlkə Londonda dostlarımla keçirdim. Həmçinin, ailəmin də yanında olacağam. 2013-cü il mənim üçün çox yaxşı keçdi. Çox oynadım və zədəm olmadı. Sağlam olmaq və həyatda daha çox uğur qazanmaq istəyirəm”.
Komandanın bombardiri Daniel Subotiç adada dincəlmək istəyir: “Yeni il qeyd etmək üçün sevdiyim qızla fərqli bir ölkəyə getmək istəyirəm. Bu, adalardan biri olacaq, hələ dəqiqləşdirməmişik. Amma adada dincəlmək istəyirəm. Bu il mənim üçün yaddaqalan oldu. Yeni kluba gəldim və burada çoxlu qol vurdum. Qollarımın sayını artırmaq istəyirəm. Arzum budur ki, qollarımın sayəsində “Qəbələ”nin qələbələri çoxalsın”.
Seneqallı Viktor Mendi isə çoxlu günəş şüası qəbul edəcəyini bildirib: “Yeni ildə ailəmlə Fransada, evimdə olacağam. Ola bilər ki, həyat yoldaşımla birgə Dominikana istirahətə getdim. Ora xoşuma gəlir, çoxlu günəş şüası qəbul edəcəyəm. Komandamız üçün bu il ötən ildən yaxşı oldu. Çempionluq mübarizəsində yaxşı şansımız var. Bu il nisbətən arxayınam, çünki daha yaxşı şeylərin ola biləcəyini düşünürəm. Çempionluğu qazana bilərik. Sadəcə, bunun üçün hər oyuna konsentrasiya olmalıyıq. Özümə isə çoxlu qol vurmağı arzulayıram”.
Digər afrikalı hücumçu Abdulvahid Afolabi isə "Qəbələ”nin qəhrəmanı olmaq arzusundadır: “Yeni ili Nigeriyada, ailəmlə birgə keçirəcəyəm. Adətən belə edirəm. Bu il mənim üçün deyərdim ki, ortabab keçdi. Çempionatın yarısı arxada qalıb, ancaq mən vur-tut 1 qol vurmuşam. Bu isə mənim istədiyim nəticə deyil. Özümə hər şeyin yaxşısını arzulayıram. İstəyirəm ki, döndüyümdə “Qəbələ”nin qəhrəmanı olum”.

0
0