“Qalatasaray” üçün yerli forvard
30.12.2013 - 20:30
Qış transfer pəncərəsində əsasən yerli futbolçuları hədəf alan “Qalatasaray” “Elazığspor”un hücumçusu Sərdar Gürləri heyətinə qatmaq istəyir. Apasport.az “Lig tv”yə istinadən xəbər verir ki, İstanbul klubu artıq 22 yaşlı futbolçu üçün rəsmi təklif də göndərib.
Belə ki, “sarı-qırmızılılar” klubu ilə 2018-ci ilə qədər müqaviləsi olan Gürləri heyətdən bir oyunçu ilə dəyişmək istəyir. Hazırda tərəflər arasında danışıqların davam etdiyi və gənc forvardın da “Com-Bom”a keçməyə istəkli olduğu deyilir.
Qeyd edək ki, Fransa təmsilçisi “Soşo” futbol məktəbinin yetirməsi olan Sərdar 2012-ci ildə türk klubuna transfer olunub.

0
0