“Barselona”lı hücumçu ingilis klubuna keçir
30.12.2013 - 20:58
“Barselona”lı hücumçu ingilis klubuna keçir
“Barselona”nın gənc futbolçusu Kristian Telyo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Liverpul” 22 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.

Belə ki, əgər tərəflər arasındakı danışıqlar baş tutarsa, forvard mövsüm sonuna kimi, icarə əsasında ingilis klubunda çıxış edəcək.

Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Telyo 2011-ci ildən Kataloniya klubunda çıxış edir.