İbrahimoviç: Əgər Messini transfer edə bilsək...
30.12.2013 - 21:48
İbrahimoviç: Əgər Messini transfer edə bilsək...
PSJ-nin ulduz futbolçusu Zlatan İbrahimoviç “Barselona”lı Lionel Messinin Paris klubuna keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, “Sky Sport”a danışan İbrahimoviç argentinalı ulduzla Fransa təmsilçisinin böyük hədəflərini reallaşdıra biləcəyini deyib:

“Əgər Messi “Barselona”dan ayrılmaq istəsə, ancaq PSJ deyil, bütün dünya onu izləyəcək. Mən onun hazırda klubu ilə münasibətlərinin nə səviyyədə olduğunu dəqiq bilmirəm. Amma məncə, o, “Barselona”da xoşbəxtdir. Mətbuat istədiyini yaza bilər, amma reallığı ancaq futbolçunun özü yaxşı bilər. PSJ-nin qarşısında yeni hədəfləri var. Əgər Messini transfer edə bilsək, bu arzularımızı həqiqətən də reallaşdıra bilərik.

Qeyd edək ki, son günlər mətbuatda yayılan xəbərlər görə PSJ ciddi şəkildə Messi ilə maraqlanır və onun üçün tələb olunan 250 milyon avronu belə ödəməyə hazırdır.

Xatırladaq ki, İbrahimoviç 2009-2010 mövsümündə “Barselona”da çıxış edib və Messi ilə birgə komandanın uğurları üçün mübarizə aparıb.