Cerard qayıdır
30.12.2013 - 22:57
Cerard qayıdır
“Liverpul”un kapitanı Stiven Cerard növbəti oyunlarda komandasına kömək edə biləcək. Apasport.az saytının məlumatına görə, bu barədə İngiltərə mətbuatı xəbər yayıb.

Belə ki, XV turdakı (7 dekabr) “Vest Hem” matçında dizindən zədələnən 33 yaşlı yarımmüdafiəçi artıq yaxşı vəziyyətdədir. Onun növbəti turdakı “Hull Siti” ilə qarşılaşmada meydana çıxacağı deyilir.

Qeyd edək ki, İngiltərə millisinin də üzvü olan Cerard Liverpul futbol məktəbinin yetirməsidir.