“Borussiya” rəsmisi: İlkay klubumuzdan ayrılmayacaq
30.12.2013 - 23:44
“Borussiya” rəsmisi: İlkay klubumuzdan ayrılmayacaq
“Borussiya”nın türk əsilli futbolçusu İlkay Gündoğan komandasından ayrılmayacaq. Apasport.az saytının məlumatına görə, bu barədə Dortmund klubunun idarə heyətinin üzvü Hans-Yoaçim Vatzke “Bild” qəzetinə açıqlamasında məlumat verib.

Vatzke “Mançester Yunayted” və “Real”dan 23 yaşlı yarımmüdafiəçi ilə bağlı rəsmi təklif almadıqlarını deyib. Klub rəsmisi İlkay və ailəsinin Dortmundda xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, Almaniya millisinin də üzvü olan Gündoğan 2011-ci ildə “Nürnberq”dən Dortmund təmsilçisinə transfer olunub. Onun “Mançester Yunayted” və Madrid “Real”ının transfer hədəfində olduğu deyilir.