Fabio Kapello: Konte İtaliyanın ən yaxşı baş məşqçisidi
31.12.2013 - 00:25
Fabio Kapello: Konte İtaliyanın ən yaxşı baş məşqçisidi
Futbol üzrə Rusiya yığmasının baş məşqçisi Fabio Kapello həmyerlisi və həmkarı Antonio Konte ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, “Sky Sport”a danışan italiyalı mütəxəssis Kontenin ölkənin ən yaxşı baş məşqçisi oladuğunu deyib:

“Statistikalar bunu tam olaraq göstərməsə də, indiki “Yuventus” mənim vaxtımdakından daha güclüdür. Konte əla komanda yaratdı və oraya qazanmaq ənənəsi gətirdi. Məncə, Konte İtaliyanın ən yaxşısıdır. Qısa vaxtda etdiklərini görüncə, onu tərifləməmək mümkün deyil”.

Qeyd edək ki, Kapello 2004—2006-cı illərdə Turin klubunu çalışdırıb. Konte isə 2011-ci ildən oradadır.