“Liverpul”un baş məşqçisi çempion olacaqlarına inanır
31.12.2013 - 01:15
“Liverpul”un baş məşqçisi çempion olacaqlarına inanır
“Liverpul”un baş məşqçisi Brendan Rocers İngiltərə Premyer Liqasındakı çempionluq şansları ilə bağlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan şimali irlandiyalı mütəxəssis evdə inamlı oyun nümayiş etdirdiklərini və bu səbəbdən də kuboku qazanacaqlarına inandığını deyib:

“Hələ də çempionluq yarışında olduğumuzu düşünürəm. İkinci dövrədə “Mançester Yunayted”dən başqa, bütün rəqiblərimizlə evdə oynayacağıq. Çətin dövrə olacaq, amma hələ də çempionluğun ən önəmli favoritlərindənik”.

Qeyd edək ki, 40 yaşlı mütəxəssis 2012-ci ildən “qırmızılar”ı çalışdırır və onun komandası XVII turdan sorakı 2 səfər matçında məğlub olaraq, liderlikdən turnir cədvəlinin 5-ci pilləsinə geriləyib.