Terri: Mourinyonun gəlişindən sonra...
31.12.2013 - 02:55
Terri: Mourinyonun gəlişindən sonra...
“Çelsi”nin ulduz futbolçusu Con Terri baş məşqçi Joze Mourinyonun yenidən kluba qayıdışını dəyərləndirib. Apasport.az-ın məlumatına görə klub saytına danışan 32 yaşlı müdafiəçi portuqaliyalı mütəxəssisin gəlişindən sonra çox gücləndiklərini deyib:

“Premyer Liqada çox yaxşı klublar var. Hesabda önə keçdikdən sonra müdafiəyə ciddi fikir verməyiniz çox önəmlidir. Rəqibə boş yer verməməlisiniz, yoxsa bu sizə baha başa gələr. Yenidən komanda şəklində hərəkət etməyə başlamışıq. Bu çox önəmlidir. Birlikdə hücuma çıxırıq və müdafiə olunuruq”.

Qeyd edək ki, ingiltərəli futbolçu 2008-ci ildən London təmsilçisinin əsas heyətində çıxış edir.