“Qalatasaray” istədi, “Beşiktaş” alır
31.12.2013 - 03:57
“Beşiktaş” “Əskişəhərspor”un gənc futbolçusu Tarık Çamdalı heyətinə qatmağa çox yaxındır. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi artıq 23 yaşlı müdafiəçi ilə ilkin razılığa gəlib.
Məlumatlara görə “ağ-qaralar” Tarıkla 3 illik müqavilə imzalayacaq. Tərəflərin yaxın günlərdə bu barədə rəsmi danışıqlara başlayacağı deyilir.
“Beşiktaş” futbolçu üçün Əskişəhər təmsilçisinə hücumçusu Maykl Eneramonu və 850 min avro təklif edəcək. Əgər bu barədə razılıq əldə olunarsa, 1 həftə içində rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, 2011-ci ildən “Əskişəhərspor”un formasını geyən Çamdal Türkiyənin digər klubu “Qalatasaray”ın da transfer hədəfində idi.

0
0