“Fənərbaxça” Ərsun Yanalla müqaviləni yeniləyir
31.12.2013 - 06:45
“Fənərbaxça” Ərsun Yanalla müqaviləni yeniləyir
“Fənərbaxça” baş məşqçisi Ərsun Yanalla müqaviləni yeniləyəcək. Apasport.az “Fotomaç”a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin Prezidenti Əziz Yıldırım artıq bu barədə klub advokatlarına göstəriş verib.

Məlumatlara görə yeni sözləşmənin 2+1 illik olması gözlənilir.

Qeyd edək ki, 52 yaşlı mütəxəssis bu yay Türkiyənin digər klubu “Əskişəhərspor”dan ayrılaraq “Fənərbaxça”ya keçib. Onun “sarı-lacivərdlilər”lə cari mövsümün sonuna kimi müqaviləsi var.