“Qəbələ” “Spartak”la qarşılaşacaq
02.01.2014 - 10:13
“Qəbələ” klubunun təlim-məşq toplanışında yoxlama matçı keçirəcəyi daha bir rəqibinin adına aydınlıq gəlib. Apasport.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Yuri Syominin rəhbərlik etdiyi kollektiv “Spartak”la üz-üzə gələcək.
Qazaxıstanın Semey şəhərini təmsil edən komanda ilə qəbələlilərin hansı tarixdə qarşılaşacaqları barədə məlumat verilmir.
Qeyd edək ki, yanvarın 5-dən 27-dək Antalyanın Bələk bölgəsindəki “Gloria Serenity” otelində məskunlaşacaq “Qəbələ”nin yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri məlum idi. Təmsilçimiz yanvarın 16-da Türkiyə Supreliqasında mübarizə aparan “Konyaspor”la gücünü sınayacaq.

0
0