Mustafa Dənizlinin köməkçiləri müəyyənləşir
02.01.2014 - 12:10
 Mustafa Dənizlinin köməkçiləri müəyyənləşir
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizlinin qış təlim-məşq toplanışında kimlərlə bərabər çalışacağı hələ də dəqiqləşməyib. Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis dekabrın 30-da İstanbulda klub rəhbərliyi ilə bir araya gələrək, köməkçiləriylə bağlı açıq qalan məsələni müzakirə etməli idi. Həmin görüş baş tutsa da, yekun qərar verilməyib.

Klubdan verilən məlumata görə, bu gün “ağ-yaşıllar”ın məşqçilər korpusunun tərkibinin təsdiqlənəcəyi gözlənilir.

Qeyd edək ki, daha öncə “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Con Toşakın yardımçıları olan Emin Quliyevlə Covanni Melkiorrenin, eləcə də, qapıçılarla işləyən Hafiz Əliyevin işini davam etdirəcəyi bildirilmişdi. Lakin cənubluların yeni baş məşqçisi onları həmyerliləri ilə əvəzləməyi düşünür. Dənizli Oğuz Çətinlə yanaşı, “Beşiktaş”da rəhbərliyi altında oynamış və “Çaykur Rizəspor”da bərabər çalışdığı İbrahim Üzülməzi də yanında olmasını istəyir. Həmçinin, türkiyəli çalışdırıcı qapıçılarla işləyən həmyerlisi Zafer Öğeri də Lənkərana gətirməyi planlaşdırır.