Aykut Kocaman “Xəzər Lənkəran”a niyə “yox” deyib?
02.01.2014 - 12:32
Aykut Kocaman “Xəzər Lənkəran”a niyə “yox” deyib?
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Toşakı Mustafa Dənizli yox, başqa bir türkiyəli mütəxəssis əvəzləyə bilərmiş. Apasport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, “ağ-yaşıllar”ın fəxri prezidenti Mübariz Mənsimov Dənizlidən öncə “Fənərbağça”nın sabiq baş məşqçisi Aykut Kocamana təklif göndərib.

Mənsimov Kocamana ildə 4 milyon avro ödəməyə hazır olsa da, 48 yaşlı mütəxəssis bunu qəbul etməyib. O, növbəti mövsümədək heç bir komandaya rəhbərlik etmək istəmədiyini səbəb göstərərək, “Xəzər Lənkəran”a “yox” deyib.

Qeyd edək ki, ötən ilin mayında “Fənərbaxça”nın baş məşqçisi postundan istefa verən Aykut Kocamanın Qazaxıstan millisini çalışdıracağı bildirilir.