“Xəzər Lənkəran” “Sumqayıt”ın hücumçusunu alır
02.01.2014 - 14:00
“Xəzər Lənkəran” futbolçumuz Orxan Əliyevlə maraqlanır. Lakin hələlik rəsmi heç nə yoxdur”. Bu sözləri apasport.az saytına “Sumqayıt”ın prezidenti Kamran Quliyev deyib.
Qış fasiləsində cari mövsümün ilk iki dövrəsini “Sumqayıt”da keçirən Slavik Alxasovu rənglərinə bağlayan “Xəzər Lənkəran” autsayderin daha bir üzvünə göz dikib. Cənublular 19 yaşlı hücumçu Orxan Əliyevin xidmətində maraqlıdırlar.
“Sumqayıt”ın prezidenti “Xəzər Lənkəran” variantını təsdiqləməklə yanaşı, başqa klubların da Əliyevi öz heyətlərində görmək istədiyini söyləyib: “Təkliflər var, lakin onların arasında “Dənizlispor” yoxdur. Olsa da, oyunçumuzu öz futbolçularına maaş verə bilməyən kluba buraxmarıq”.
Quliyev hazırda Türkiyədə I dəstə təmsilçisi “Tavşanlı Linyitspor”un şərəfini qoruyan Andrey Popoviçin “Sumqayıt”a qayıtmaq məsələsində də oxunub. Klub rəhbəri belə bir istəklərinin olduğunu, lakin millimizin ukraynalı əsilli qapıçısının dönüşü ilə bağlı qarşı tərəflə ətraflı müzakirə aparmadıqlarını bildirib.

0
0