Abdulla Avcı autsayderlə danışıqlara başladı
02.01.2014 - 13:51
Türkiyə millisinin sabiq baş məşqçisi Abdulla Avcının işsiz günləri başa çatmaq üzrədir. Apasport.az xəbər verir ki, uğursuz nəticələr səbəbi ilə Robert Prosineçki ilə yollarını ayıran “Kayserispor” 50 yaşlı mütəxəssislə danışıqlara başlayıb.
Türkiyə Superliqasının ilk dövrəsində keçirdiyi 17 oyundan 12 xal toplayan “Kayserispor”un durumu ürəkaçan deyil. Avcı müqavilə bağlamağa razılıq verərsə, hazırda 17-ci pillədə qərarlaşan klubu elitada saxlamaq üçün çox çalışmalı olacaq.
Qeyd edək ki, Abulla Avcı ötən ilin avqustunda Türkiyə millisinin baş məşqçisi postundan istefa verib. “Ay-ulduzlular”un məhz onun rəhbərliyi altında önəmlim xallar itirməsi, komandanın mundiala vəsiqə qazanmasını əngəllədi.

0
0