Milevskinin meneceri: “Qəbələ”dən təklif almamışıq
02.01.2014 - 14:28
“Milevskinin “Qəbələ”yə keçidi gündəmdə deyil”. Bu sözləri apasport.az saytına FIFA meneceri Kamil Məmmədov deyib.
Ukrayna millisinin üzvü Artyom Milevski cari mövsümdə formasını geyindiyi Türkiyənin “Qaziantepspor” klubu ilə yollarını ayırıb. 28 yaşlı hücumçu maaşını ala bilmədiyi üçün klubla qarşılıqlı şəkildə müqaviləsinə xitam verib.
Milevskinin karyerasını davam etdirəcəyi klublar arasında “Qəbələ”nin də adı çəkilir. Əyalət təmsilçisinin baş məşqçisi Yuri Syominin Kiyev “Dinamo”sunda rəhbərliyi altında çıxış etmiş forvardı yanına gətirəcəyi yönündə iddialar var.
Lakin Milevskinin “Qaziantepspor”a keçidini həll edən Məmmədov əməkdaşımızla söhbətində “Qəbələ” variantını istisna edib: “Milevskinin meneceri mənəm. Belə bir şey olsa, ən birinci mənim xəbərim olar. Bu futbolçuya“Qəbələ”dən təklif gəlməyib”.

0
0