Messi geri dönür
02.01.2014 - 15:04
Messi geri dönür
“Barselona”nın argentinalı ulduzu Lionel Messi yaşıl meydanlara dönür. Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, zədə səbəbi ilə 2 aya yaxındır komandasına kömək edə bilməyən 26 yaşlı hücumçu bu gün əsas heyətlə məşqə çıxacaq.

Baş məşqçi Xerardo Martinonun “Elçe” ilə görüşdə Messini adını iştirak ərizəsinə daxil edəcəyi və ən azı oyunun sonlarına doğru onu meydana buraxacağı gözlənilir.

Qeyd edək ki, “Barselona” İspaniya çempionatının XVIII turu çərçivəsində “Elçe”ni qəbul edəcək. Matç yanvarın 5-də keçiriləcək.