“Rəvan”: öncə autsayder, sonra lider
02.01.2014 - 15:47
“Rəvan”: öncə autsayder, sonra lider
“Rəvan” klubunun təlim-məşq toplanışı keçmək üçün Antalyaya yollanmazdan öncə 2 yoxlama matçı keçirəcək. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Premyer Liqanın autsayder “Sumqayıt” və I divizionun lideri “Araz Naxçıvan”la qarşılaşacaq.

Oyunlar müvafiq olaraq, yanvarın 10-u və 12-də keçiriləcək.

Qeyd edək ki, "Rəvan”ın qış fasiləsində hazırlığın ilk mərhələsini 5-12 yanvarda, "Dalğa Arena”da reallaşdıracaq. Təlim-məşq toplanışın ikinci mərhələsi isə yanvarın 14-dən 26-na qədər Türkiyənin Antalya şəhərində olacaq. Paytaxt təmsilçisi Türkiyədə 4 yoxlama görüşü keçirməyi planlaşdırılır. Amma rəqiblər dəqiqləşməyib.