Yığmamızın üzvü üçün türk məşqçi
02.01.2014 - 16:49
Millimizin üzvü Əli Gökdəmirin formasını geyindiyi Almaniyanın “Hannover 96” klubunun yeni baş məşqçisi bəlli olub. Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisinə Türkiyə millisinin sabiq üzvü Tayfun Korkut rəhbərlik edəcək.
O, uğursuz nəticələr səbəbi ilə istefaya göndərilən Mirko Slomkanı əvəzləyib. Korkutla 4 illik müqavilə bağlanılıb.
Ştutqartda doğulan Tayfun futbolçu karyerası ərzində “Ştutqart Kikkers” "Fənərbaxça", "Real Sosyedad", "Espanyol", "Beşiktaş" və "Gənclərbirliyi"nin şərəfini qoruyub. 39 yaşlı mütəxəssis məşqçi kimi "Real Sosyedad"ın aşağı yaş qruplarında çalışıb, "Hoffenhaym"ın U-17, "Ştutqart"ın U-19 komandalarına rəhbərlik edib. 1995-2003-cü illərdə Türkiyə millisinin heyətində 42 oyuna çıxan Tafunun hesabında 1 qol var.
Qeyd edək ki, "Hannover 96"nın U-23 komandasında çıxış edən Əli Gökdəmir əsas heyətin qış toplanışında iştirak edəcək. Bu isə o deməkdir ki, millimizin üzvü özünü yeni çalışdırıcıya göstərə bilər.

0
0