Messi də Ronaldo qədər qazanacaq
02.01.2014 - 20:33
“Barselona” ulduz futbolçusu Lionel Messi ilə yeni müqaviləyə dair razılığa gəlib. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, bu sözləşməyə əsasən argentinalı hücumçunun maaşı da artırılacaq.
Belə ki, Messi artıq ildə 16 milyon deyil, 21 milyon avro qazanacaq. Bununla da, o, İspaniyanın digər klubu “Real”ın yarımmüdafiəçisi Kriştianu Ronaldo ilə eyni məbləğdə əmək haqqı alacağı dəqiqləşib.
Qeyd edək ki, Messinin cari müqaviləsi 2018-ci ilədək nəzərdə tutulmuşdu. Yeni sözləşmənin detallarına isə yaxın günlərdə aydınlıq gətiriləcəyi deyilir.

0
0