Felipe Melo Halk və Marselonu geridə qoydu
02.01.2014 - 21:35
Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçuya verilən “Samba Gold” mükafatının bu ilki qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Sambafoot.com tərəfindən təşkil olunan mükafatlandırmada PSJ-nin müdafiəçisi Tiqao Silva birinci seçilib.
30 namizəd arasından Dante (Bavariya) 2-ci, Oskar (Çelsi) 3-cü, “Qalatasaray”ın yarımmüdafiəçisi Felipe Melo isə 4-cü yerə layiq görülüb. Səslərin 6.77 faizini toplayan Melo, bununla da David Luis (6-cı, “Çelsi”), Hulk (7-ci, “Zenit”), Dani Alves (12-ci, “Barselona”) və Marselo (20-ci, “Real”) kimi ulduz futbolçuları geridə qoyub.
Qeyd edək ki, Silva bu il altıncı dəfə təşkil olunan “Samba Gold” mükafatını 3-cü dəfə qazanıb.

0
0