Sabiq “Mançester Yunayted”li “Kardiff”in baş məşqçisi oldu
02.01.2014 - 22:16
Sabiq “Mançester Yunayted”li “Kardiff”in baş məşqçisi oldu
Bir neçə gün öncə baş məşqçisi Malki Makkai ilə yolları ayıran “Kardiff” klubunda yeni çalışdırıcının adına aydınlıq gətirilib. Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, bu posta “Mançester Yunayted”in sabiq futbolçusu Ole-Qunnar Sulşer gətirilib.

Məlumatlara görə İngiltərə təmsilçisi yaxın günlərdə 40 yaşlı norveçli ilə anlaşmanın detallarına aydınlıq gətiriləcəyi deyilir.

Qeyd edək ki, Sulşer 1996—2007-ci illərdə “Mançester Yunayted”də çıxış edib. O, baş məşqçi kimi “qırmızı şeytanlar”ın əvəzedici komandasında, son olaraq isə ölkəsinin “Molde” klubunda çalışıb.