“Yuventus” Pirlo ilə müqaviləni yeniləyir
02.01.2014 - 23:25
“Yuventus” Pirlo ilə müqaviləni yeniləyir
“Yuventus” ulduz futbolçusu Andrea Pirlo ilə müqaviləni yeniləyir. Apasport.az saytının məlumatına görə, bu barədə İtaliya mətbuatı xəbər yayıb.

Belə ki, Turin təmsilçisi cari mövsümün sonunda müqaviləsi başa çatacaq 34 yaşlı yarımmüdafiəçi ilə 2 illik sözləşmə imzalayacaq. Yeni anlaşmaya əsasən təcrübəli futbolçu ildə 2.3 milyon avro qazanacaq.

Qeyd edək ki, İtaliya millisinin də üzvü olan Pirlo 2011-ci ildə “Milan”dan “Yuventus”a keçib. O, cari mövsüm A Seriyasında və Çempionlar Liqasında 18 matça çıxıb və 3 qol vurub.