Raulun “Şalke” ilə matçda “Real” üçün tövsiyələri
03.01.2014 - 00:25
Məşhur ispan futbolçu Raul Qonsales sabiq klubları “Real” və “Şalke”nin Çempionlar Liqasının 1/8 final mərhələsində keçirəcəkləri qarşılaşmaları dəyərləndirib. Apasport.az saytının məlumatına görə, ölkəsinin mətbuatına danışan 36 yaşlı hücumçu bu matçların onun üçün xüsusi önəm daşıdığını deyib:
“Çempionlar Liqasının 1/8 finalındakı "Real" və "Şalke" arasında keçiriləcək qarşılaşma mənim üçün xüsusi önəm daşıyır. Çox şadam ki, “Şalke” bu mərhələyə vəsiqə qazana bilib. Bu klub azarkeşləri üçün çox şey deməkdir. “Real” isə yaxşı komandadır, amma onlar da ehtiyatlı olmalıdırlar. Çünki alman klubları sona qədər vuruşurlar”.
Qeyd edək ki, hazırda Qətərin “Əl-Sədd” klubunda çıxış edən Raul 1994—2010-cu illərdə Madrid klubunun, 2010—2012-ci illərdə isə Almaniya təmsilçisinin formasını geyib.

0
0