“Çelsi” yarımmüdafiəçisini Hollandiya klubuna göndərdi
03.01.2014 - 00:50
“Çelsi”nin gənc futbolçusu Bertrand Traore gələcək karyerasını Hollandiyada davam etdirəcək. Apasport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, londonlular 18 yaşlı yarımmüdafiəçini “Vitesse” klubuna göndərib.
Razılaşmaya əsasən, o, mövsüm sonuna qədər icarə əsasında Hollandiya təmsilçisinin formasını geyəcək.
Qeyd edək ki, Burkina-Faso millisinin də üzvü olan Traore 2010-cu ildən “Çelsi”dədir. Afrikanın ən dəyərli gənc istedadları arasında göstərilən futbolçu cari mövsümdən əsas komandada çıxış etməyə başlamışdı.

0
0