"Qalatasaray"ın prezidenti Balotelli məsələsinə aydınlıq gətirdi
03.01.2014 - 01:57
"Qalatasaray"ın prezidenti Ünal Aysal “Milan”ın hücumçusu Mario Balotellini transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan klub rəhbəri bu iddiaların əsassız olduğunu deyib:
“Bu cür xəbərlər yalandır. Balotellini alacağımızı söyləyənlər, yəqin zarafat edirlər”.
Qeyd edək ki, ötən ilin yanvarında “Mançester Siti”dən “Milan”a transfer olunan 23 yaşlı forvard komandası ilə keçirdiyi 25 oyunda 18 qol vurub. Milan klubunun prezidenti Silvio Berluskoni isə yaxın günlərdə açıqlama verərək gənc futbolçunu yanvarın sonunadək satacaqlarını demişdi.

0
0