Melo: “Çelsi” qarşısında tarix yazmaq istəyirik
03.01.2014 - 02:58
Melo: “Çelsi” qarşısında tarix yazmaq istəyirik
“Qalatasaray”ın braziliyalı futbolçusu Felipe Melo Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibləri London “Çelsi”si ilə bağlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, ölkəsinin mətbuatına danışan 30 yaşlı yarımmüdafiəçi ingilis klubu qarşısında tarix yazmaq istədiklərini deyib:

“Müəyyən hədəflərim var və onlara çatmağa çalışıram. Mövsümə Super Kubokla başladıq. Çempionlar Liqasında işlərimiz yaxşı gedir və çalışdığımız qədər bu istiqamətdə irəliləmək istəyirik. Qarşıda “Çelsi” ilə çətin iki matçımız var. Onların qarşısında tarix yazmaq istəyirik”.

Təcrübəli futbolçu bu il ölkəsində keçiriləcək Dünya Çempionatında Braziliya millisinin heyətində olmaq üçün var gücü ilə çalışdığını da bildirib.

Qeyd edək ki, Melo 2011-ci ildən İstanbul klubunun formasını geyir.