“Milan”ın forvardı Fransa klubu ilə müqavilə imzaladı
03.01.2014 - 04:55
“Milan”ın forvardı Fransa klubu ilə müqavilə imzaladı
“Milan”ın fransalı futbolçusu M’Baye Nianq bundan sonra karyerasını ölkəsində davam etdirəcək. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.

Belə ki, 19 yaşlı hücumçu “Monpelye” klubu ilə müqavilə imzalayıb. Anlaşmaya əsasən, o, mövsüm sonuna qədər Fransa təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, Nianq 2012-ci ildən İtaliya klubunda çıxış edir.