Mehmet Topal yenidən İspaniyaya qayıda bilər
03.01.2014 - 05:46
“Fənərbaxça”nın futbolçusu Mehmet Topal yenidən karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Sevilya” 27 yaşlı yarımmüdafiəçiyə elçi düşüb.
Belə ki, yarımmüdafiə xəttində problemlər yaşayan İspaniya təmsilçisi Topalla komandanı gücləndirmək istəyir. Klubun gələn həftə “sarı-lacivərdlilər”ə rəsmi təklif göndərəcəyi deyilir.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan təcrübəli futbolçu 2010—2012-ci illər ərzində İspaniyanın “Valensiya” klubunda çıxış edib.

0
0