Kuarejmanın “Qalatasaray”a keçməsinə kim mane olub?
03.01.2014 - 06:35
Bir dönəm “Beşiktaş”da da çıxış edən Rikardo Kuarejma yenidən Türkiyəyə qayıda bilərmiş. Apasport.az saytının “Sporx”ə istinadən məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi ötən il Birləşmiş Ərəb Əmirliyi “Əl-Əhli”sindən ayrıldıqdan sonra “sarı-qırmızılı” formanı geymək üçün bir neçə dəfə klub prezidenti Ünal Aysala müraciət edib.
Belə ki, Aysal Kuarejmanın istəyini baş məşqçi Roberto Mançiniyə çatdırsa da, italiyalı mütəxəssis bunu qəbul etməyib. Məlumatlara görə Mançini komandadakı legioner limitini doldurmamaq üçün onu istəməyib. Təcrübəli mütəxəssis Kuarejmanın əvəzinə, müdafiənin gücləndirilməsinin tərəfdarı olduğunu deyib.
Qeyd edək ki, İtaliyanın “İnter” klubundan “Beşiktaş”a keçən Kuarejma 2010-2012-ci illər ərzində “ağ-qaralar”ın şərəfini qoruyub. O, ötən ilin may ayında “Əl-Əhli”dən ayrılıb və yaxın günlərdə ölkəsi Portuqaliyanın “Porto” klubu ilə rəsmi müqavilə imzalayıb.

0
0